AZ | RU

TACHOGRAPH.AZ

Taxoqrafın fəaliyyət prinsipi

Taxoqrafın fəaliyyət prinsipini və təyinatının dərk etmək üçün, onun yaranma tarixini biraz bilmək lazımdır. Bu cür cihazın yaranması ideyası Avropada avtomobil daşımalarının sürətlə inkişaf etdiyi dövrdə əmələ gəlmişdir. Müəssisə sahibləri öz sürücülərindən və onların, uzaq reyslər zamanı, yükü son təyinat nöqtəsinə çatdırmaları qabiliyətindən əmin olmaq istəyirdilər. Onlar mütləq nəqliyyatın hərəkət sürətini və sürücünün yola sərf etdiyi vaxtı bilməli idilər. Buna görə, bu işi görməyi saat şirkətləri öhdələrinə götürdü – hər bir cihazın əsasını çox dəqiq mexanizm təşkil edir.


Maraqlıdır ki, taxoqraflar müxtəlif ölkədən olan sürücülər tərəfindən istifadə olunur, buna görə onların interfesi milli interfeys deyil: yüksək dəqiq cihazda müəyyən dil əvəzinə piktoqramlara rast gəlmək olar – bu kontrollerin düzgün idarə olunması üçün lazım olan işləmə rejimlərini və komandaları izah edən qrafik təsvirlərdir.


Dərk etmək lazımdır ki, taxoqraflar, sürücüdən asılı olmayaraq, hərəkətdə olan avtomobil haqqında bütün məlumatları qeyd edirlər, və onların verdiyi sənəd məhkəmə prosesi zamanı hüquqi cəhətdən qəbul edilən sənəd hesab edilir. Beləliklə, şirklət sahibləri öz sürücülərinə nəzarət edə və, cihazdaki məlumatlara nəzarət edərək, qəzaların qarşısını ala bilərlər. Bundan əlavə, taxoqraflar ən dəqiq cihazlardan biri hesab edilir, çünki onları aldatmaq mümkün deyil: istənilən manipulyasiya və yalnış qeyd cihazın yaddaşına qeyd ediləcək.


Bunu taxoqrafları mütləq qaydada istifadə edən dövlətlərin təcrübəsi təsdiq edir. Əsas məsələ - bu yüksək dəqiq cihazın avtomobildə mövcudluğu sürücüdə nəqliyyatın təhlükəsiz və qənaətcil idarə olunması təcrübəsini inkişaf etdirir. Ondan istifadə olunduğu zaman, qəza ehtimalı demək olar ki, iki dəfə azalır, buisə avtomobil daşımaları şirkətlərinin sahibləri üçün ən əsas göstəricilərdən biridir. Nəzarət cihazlarının köməyi ilə, sürücü və inspektorlar arasında mübahisələr istisna olunur: onların köməyi ilə, saniyyə dəqiqliyi ilə hadisənin gedişatını bərpa etmək və qərar verilməsi zamanı səhvlərdən qaçmaq mümkündür. Yüksək dəqiq cihazın səmərəliliyinin vacib göstəricisi həmçinin onun avtomatik şəkildə sürücünün və avtomobilin işini, onların fəaliyyətini optimallaşdıraraq, əmək mühafizəsi üzrə mütəxəssis funksiyalarını yerinə yetiərərək və istismar xərclərini dörddə bir qədər azaldaraq, müqayisə etmək və qeyd etmək qabiliyyətidir.


Kalibrləmə


Taxoqrafın lazım olan bütün funksional parametrlərə malik olması üçün, onun istismara verilməsi ilə bağlı bir neçə prosedur həyata keçirmək lazımdır. Kalibrləmə proseduru ölçülən, eyniləşdirmə, məhdudlaşdırıcı parametrlərin korreksiyası üçün lazımdır.

Taxoqrafın kalibrlənməsi fiksasiya olunmuş distansiya üsulu ilə həyata keçirilir, nəqliyyat vasitəsi müəyyən ölçülmüş məsafə üzrə, təkərlərin ölçüləri və şinlərdə təzyiq nəzərə alınmaqla, sürülür.

© 2018 Tachograph.az