AZ | RU

TACHOGRAPH.AZ

Taxoqraf haqqında

Taxoqraf – avtomatik rejimdə nəqliyyat vasitəsinin surətinin, yürüyüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur.


Taxoqraf - avtomatik rejimdə nəqliyyat vasitəsinin surətinin, yürüyüşünün və hərəkət vaxtının ölçülməsi, qeyd edilməsi və göstərilməsi üçün lazım olan texniki bort qurğusudur. Taxoqraf həmçinin sürücünün əməyə və ya istirahətə sərf etdiyi vaxtın təsbit edilməsi üçün nəzərdət tutulmuşdur. O, demək olar ki, avtomobilin, qeydiyyat proseslərinin avtomatlaşdırılması zamanı yardımçı olan, müxtəlif məlumatları yaddaşda saxlayan və ötürən, “qara qutusudur”.


NVAR razılaşması


“Beynəlxalq avtomobil daşımaları həyata keçirən nəqliyyat vasitələri ekipajının işinə aid Avropa razılaşmasının” 3821/85 saylı direktivində deyilir:

 - Taxoqraf – NVAR-nın NVAR razılazşmasının NVAR sənədlərində razılaşdırılmış parametrlərinin daimi, müstəqil və obyektiv, NVAR razılaşmasının tələblərinin pozulmasına görə cəzadan yayınmağın qarşısının alınmasını və NVAR razılaşmasında iştirak edən bütün tərəflərin bərabər hüquqlara sahib olmalarını təmin edəcək şəkildə həyata keçirilməsi üzrə tələblərinin yerinə yetirilməsini təmin edən nəzarət qurğusudur.

Taxoqraf anlayışında təyinedici amil nəzarət prinsipləridir: daimi, müstəqil, obyektiv və cəzadan yayınmağın qarşısını alan. Böyük əhəmiyyət kəsb edən prinsiplə məhz son iki prinsipdir – obyektivlik və cəzadan yayınmağın qarşısının alınması.

Taxoqraflar beynəlxalq daşımalarda istifadə olundurqları və müxtəlif ölkələrin ərazisində nəzarətdən keçirildikləri, istismarı isə müxtəlif milliyyətdən olan sürücülər tərəfindən həyata keçirildikləri üçün, cihazın ünsiyyət interfeysi milli interfeys deyil – yəni taxoqrafda bu və ya digər dövlətin dili deyil, piktoqramlar istifadə olunur. Piktoqram – iş, hadisə və komanda rejimlərinin, istifadəçiyə bu cihazda bundan öncə quraşdırılmış ünsiyyət dilini bilmədən də, cihazı idarə etməyə imkan verən, qrafik təsvirləridir.

© 2018 Tachograph.az