AZ | RU

TACHOGRAPH.AZ

Taxoqraf diski

Taxoqraf beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən avtomobillər üçün mütləq olan cihazdır. Taxoqraflar iki tip ölçüdə istehsal edilir: spidometr yuvasına quraşdırılan dairəvi taxoqraflar, və avtomaqnitola yuvasına quraşdırılan radioformatda olan taxoqraflar. Növünə görə taxoqraflar rəqəmsal və analoq (mexaniki və elektron proqramlaşdırılmış) taxoqraflara bölünür. Taxoqraf hərəkət sürətini, keçilmiş yolu və sürücünün əmək və ya istirahət rejimini qeyd edir. Taxoqrafiya məlumatlarının anlaizi şirkət sahiblərinə öz müəssisə logistlərinin və sürücülərinin ixtisaslaşmasını qiymətləndirməyə imkan verir.


Hal-hazırda bütün mütləq taxoqrafla təchiz olunmalı olan yenidən istehsal olunan nəqliyyat, NVAR razılaşmasına əsasən, zavoddan yalnız rəqəmsal taxoqrafla və ya, NVAR sənədlərinə görə, başqa cür desək, nəzarət cihazı ilə istehsal edilir, yalnız NVAR razılaşmasına aid olmayan ölkələrə satılan nəqliyyat istisnadır.


Rəqəmsal taxoqrafın elektron taxoqrafdan əsaslı fərqi – məlumatların qeyd olunması üsulu, enerjidən asılı olmayan, 1 il ərzində məlumat saxlaya bilən yaddaşın mövcudluğu və yaddaşa qeyd edilmiş məlumatlara qanunsuz keçiddən ciddi müdafiədir. Yaddaşa keçid 4 növ “açar”, və ya smart-kartlar vasitəsi ilə həyata keçirilir: bu sürücünün kartıdır – o sürücünün kartında 28 gün ərzində (+ cari gün) məlumat saxlayır, qeydlər dövridir (yeni gün qeyd edilir-son gün pozulur); emalatxana kartı – taxoqrafı ayarlamağa və onun əsas parametrləri dəyişdirməyə imkan verir; şirkət (avtomobil müəssisəsi) kartı – həmin avtomobil müəssisəsinə məxsus avtomobillərin reysləri haqqında məlumatları oxumağa, habelə bu məlumatlara olan keçidi digər müəssisələrə münasibətdə bağlamağa imkan verir; inspektor kartı, bu kart txoqraf yaddaşından sürücünün yol verdiyi pozuntuları (məsələn, sürət rejiminin və ya əmək və istirahət rejiminin pozulması) və cihazın işləməsi zamanı baş vermiş xətaları (məsələn, qidalanmanın və ya sürət göstəricisinin söndürülməsi) oxumağa imkan verir.

© 2018 Tachograph.az