Taxoqrafdan istifadə olunması ideyası Avropada, avtomobil daşımalarının sürətli inkişafı anında əmələ gəlmişdir. Müəssisə sahiblərinə məxsus əmək alətlərinə və muzdlu işçilərə nəzarətin həyata keçirilməsi onların təbii istəyidir. Stasionar iş yerlərində bunu etmək asandır, bəs avtomobil və sürücüsünün uzun müddət ərzində müəssisə ərazisindən kənarda olan avtomobil müəssisələrinin sahibləri nə etməlidir. Məhz bu məqsədlərlə ilk taxoqraflar icad edilmişdir.
Onlar qarşısında aşağıdakı tələblər qoyulurdu: sürücüdən asılı olmayaraq, real zamana nisbətən, sürət və keçiulmiş yolu qeyd etmək. Buna görə, ilk taxoqraf istehsalçıları saat firmaları idi, çünki cihazın əsasını saat mexanizmi təşkil etmişdir.
Zaman keçdikcə, taxoqrafın konstruksiyası və işləmə prinsipi bazar tələbatına uyğun olaraq dəyişirdi. Taxoqrafa aid əsas məqsəd də dəyişirdi – hal-hazırda bu – yol hərəkəti təhlükəsizliyini təmin edən cihazdır, çünki maksimal zərər vuran qəzalar kommersiya nəqliyyatının iştirak etdiyi qəzalardır, bu cür qəzaların əsas səbəbləri isə sürücünün yorğunluğu və ya həmin nəqliyyat vasitəsi üçün maksimal sürət həddinin aşması olur. Taxoqraf yalnız sağlam rəqabətin təmin olunması üçün deyil, həmçinin əmək və sürücülərin istirahət rejiminə və nəqliyyat vasitəsinin hərəkət sürətinə nəzarətə riayət olunmasını təmin etmək üçündür, bu zaman taxoqraf göstəriciləri məhkəmə və ya yolda nəqliyyata nəzaət prosesi zamanı, hüquqi cəhətdən qəbul edilən məlumat hesab edilir. Bu zaman taxoqrafın verdiyi sənəd NVAR ölkələrinin hüquq mühafizə orqanlarının cərimələr qoyması üçün əsas olaraq qəbul edilir, çünki bu sənəd obyektiv, avtomatik formalaşan, saxtakarlıqdan mühafizə olunmuş bir sənəddir. Buna görə cihazın texniki reallaşdırılması keçid səviyəsinin məhdudlaşdırılması və məlumat ötürülməsinin müdafiəsi ilə, daimi enejidən asılı məlumat saxlanılmasının mürəkkəb şifrələnmiş sistemidir.
Taxoqraflar unifikasiya edilmiş, onlara vahid konstruktiv və funksional standartlar verilmişdir. Bütün avropa taxoqrafları ölçü vasitələri tipli “e__” növ sertifikatlara malikdir, onlar ümumavropa reyestrinə daxil edilmişdir. Və cihazda “e__” növ markalamanın olmaması o deməkdir ki, həmin cihaz taxoqraf kimi qəbul edilə bilməz.